“Qalatasaray” futbolçusu Kaan Ayhanla yeni müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçi ilə sözləşmənin müddəti daha 1 il uzadılıb. Beləliklə, onun İstanbul klubu ilə yeni müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Kaan Ayhan bu mövsüm “Qalatasaray”ın heyətində 38 matça çıxaraq 3 qolun ötürməsini edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta