“Qalatasaray” futbolçusu Kaan Ayhanla yeni müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, sözləşmənin müddəti bir illikdir. 30 yaşlı oyunçunun İstanbul klubu ilə yeni müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Kaan Ayhan bu mövsüm “Qalatasaray”ın heyətində 38 matça çıxaraq 3 qolun ötürməsini edib.