AZ

Növbəti hərracda 18 nəqliyyat vasitəsi satılıb

BAKI, 6 may. TELEQRAF

Bu gün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 18 nəqliyyat vasitəsi satılıb.

Qurumdan Teleqraf-a verilən məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 103 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 4.500 manat olan “Nissan Maxima” markalı avtomobil 8.200 manata, 7.800 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi 13.300 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3LtXXH linki vasitəsilə tanış olmaq olar.

Xatırladaq ki, cari ay ərzində növbəti hərraclar 13, 20 və 27 may tarixlərində keçiriləcək.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Seçilən
0
15
teleqraf.com

10Mənbələr