
Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 18 nəqliyyat vasitəsi satılıb.
Reyting.az [b][/b]xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 103 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 4 500 manat olan “Nissan Maxima” markalı avtomobil 8 200 manata, 7 800 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi 13 300 manata satılıb.
Hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3LtXXH linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 13, 20 və 27 mayda keçiriləcək.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür.