Mayın 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 18 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətinin məlumatına görə, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 103 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 4,5 min manat olan “Nissan Maxima” markalı avtomobil 8,2 min manata, 7,8 min manat olan lot üzrə 2 nəqliyyat vasitəsi 13,3 min manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3LtXXH linki vasitəsilə tanış olmaq olar.
Cari ay ərzində növbəti hərraclar 13, 20 və 27 may tarixlərində keçiriləcək.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.