AZ

Naxçıvandakı fermerlərə dəymiş ziyanı Aqrar Sığorta Fondu ödəyəcək

Naxçıvanda sığortalı fermerlərə dəymiş ziyanı Aqrar Sığorta Fondu 7 iş günü müddətində ödəyəcək.

FED.az xəbər verir ki, bunu Fondun Naxçıvan filialının rəhbəri Sərxan Məmmədov bildirib.

O qeyd edib ki, dolu nəticəsində zərərçəkmiş sığortalı fermerlərə dəymiş ziyan gözləmə müddətində bitdikdən, müraciətlər yekunlaşdıqdan sonra müstəqil ekspert tərəfindən sahələrə baxış keçirilərək dəyən ziyanın məbləği dəqiqləşdiriləcək.

Filial rəhbəri onu da bildirib ki, proses başa çatdıqdan sonra öz təsərrüfatını sığortalayan fermerlərə dəymiş ziyan ödəniləcək.

Muxtar respublikanın əsasən Şahbuz və Babək rayonlarındakı təsərrüfat sahələri dolu nəticəsində daha çox ziyan görüb. (Report)

Seçilən
0
1
fed.az

10Mənbələr