Bakı. Trend:
Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan indiyədək zərərçəkmiş sığortalı fermer və təsərrüfatlara sığorta ödənişlərininhəcmi ümumilikdə 15 milyon manata yaxın olub.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumatverilib.
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunanaqrar sığorta mexanizmi Türkiyənin TARSİM sistemi modeli əsasındayaradılıb. Aqrar sığorta mexanizminin əsas xüsusiyyəti sığortahaqqına 50%-lik dövlət dəstəyinin verilməsidir.
Sığorta haqlarının yarısının dövlət tərəfindən qarşılanmasısayəsində fermerlər cüzi ödənişlə təsərrüfatlarını çoxsaylırisklərdən sığorta edə bilirlər.
Aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və akvakultura(balıqçılıq) təsərrüfatları sığortalanır.