AZ

Biz mümkün iqtisadi tənəzzülə hazır olmalıyıq - AİB prezidenti

Bakı. Trend:

Biz mümkün iqtisadi tənəzzülə hazır olmalıyıq.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB)prezidenti Masato Kanda bankın rəhbərlərinin işgüzar sessiyasındabildirib.

"Ticarət gərginliyi və bazar dəyişkənliyi qeyri-müəyyənlikyaradır. Mən bu amillərin inkişaf etməkdə olan üzv ölkələriniqtisadiyyatlarına, xüsusən də ən yoxsul və ən həssas insanlarapotensial təsirindən dərin narahatam. Biz mümkün iqtisadi tənəzzüləvə artan zəifliklərə hazır olmalıyıq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, AİB maliyyə və texniki resurslardansəmərəli və məqsədyönlü istifadə etməklə inkişaf etməkdə olan üzvölkələri dəstəkləmək və çevik hərəkət etmək zərurətini anlayır.Hazırkı şəraitdə makroiqtisadi və maliyyə sabitliyinin qorunubsaxlanması, o cümlədən regional əməkdaşlığın və inteqrasiyanındərinləşdirilməsi xüsusilə vacibdir.

M.Kanda qeyd edib ki, AİB həm vaxtında maliyyələşdirmə, həm dəborcun idarə edilməsi və maliyyə sabitliyi sahəsində yardımgöstərməklə üzv ölkələrinə cari çağırışların həllinə və şoklaracavab verməyə kömək etməyə hazırdır.

"Böhran maliyyələşdirilməsi kimi mövcud alətlər və resurslaraəlavə olaraq, biz likvidlik təzyiqlərini azaltmaq və ölkələrinmaliyyə dayanıqlığını dəstəkləmək üçün yeni variantlarıaraşdırırıq.

Bundan əlavə, inkişaf etməkdə olan üzv ölkələrin yardıma artantələbatını ödəmək üçün biz növbəti on il ərzində kreditimkanlarımızı 100 milyard dollara qədər artıraraq, kapitalın idarəedilməsində islahatlar apardıq. Bu, bizə eyni on il ərzindəəməliyyatların miqyasını 50 faiz genişləndirmək imkanı verir.Paralel olaraq, çağırışların çətinləşməsini nəzərə alaraq,donorlardan əlavə resurslar cəlb etmədən proqramlarımızın inkişafatəsirini artırmaq üçün əlavə tədbirlər həyata keçiririk", - deyəAİB prezidenti bildirib.

O, vurğulayıb ki, bu gün yoxsul və həssas təbəqənin müdafiəsihər zamankindən daha vacibdir.

"Asiya İnkişaf Fonduna (ADF 14) və Xüsusi Texniki Yardım Fonduna(TASF 8) tarixi 5 milyard dollar məbləğində vəsaitin artırılmasıbirgə missiyamıza güclü etimad səsidir. Göstərilən dəstəyə vəetimada görə dərin minnətdarlığımızı bildiririk", - deyə M.Kandaqeyd edib.

Seçilən
0
4
az.trend.az

10Mənbələr