AZ

Biz mümkün iqtisadi tənəzzülə hazır olmalıyıq - AİB prezidenti

Biz mümkün iqtisadi tənəzzülə hazır olmalıyıq.

"Unikal" trend-ə istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) prezidenti Masato Kanda bankın rəhbərlərinin işgüzar sessiyasında bildirib.

"Ticarət gərginliyi və bazar dəyişkənliyi qeyri-müəyyənlik yaradır. Mən bu amillərin inkişaf etməkdə olan üzv ölkələrin iqtisadiyyatlarına, xüsusən də ən yoxsul və ən həssas insanlara potensial təsirindən dərin narahatam. Biz mümkün iqtisadi tənəzzülə və artan zəifliklərə hazır olmalıyıq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, AİB maliyyə və texniki resurslardan səmərəli və məqsədyönlü istifadə etməklə inkişaf etməkdə olan üzv ölkələri dəstəkləmək və çevik hərəkət etmək zərurətini anlayır. Hazırkı şəraitdə makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanması, o cümlədən regional əməkdaşlığın və inteqrasiyanın dərinləşdirilməsi xüsusilə vacibdir.

M.Kanda qeyd edib ki, AİB həm vaxtında maliyyələşdirmə, həm də borcun idarə edilməsi və maliyyə sabitliyi sahəsində yardım göstərməklə üzv ölkələrinə cari çağırışların həllinə və şoklara cavab verməyə kömək etməyə hazırdır.

"Böhran maliyyələşdirilməsi kimi mövcud alətlər və resurslara əlavə olaraq, biz likvidlik təzyiqlərini azaltmaq və ölkələrin maliyyə dayanıqlığını dəstəkləmək üçün yeni variantları araşdırırıq.

Bundan əlavə, inkişaf etməkdə olan üzv ölkələrin yardıma artan tələbatını ödəmək üçün biz növbəti on il ərzində kredit imkanlarımızı 100 milyard dollara qədər artıraraq, kapitalın idarə edilməsində islahatlar apardıq. Bu, bizə eyni on il ərzində əməliyyatların miqyasını 50 faiz genişləndirmək imkanı verir. Paralel olaraq, çağırışların çətinləşməsini nəzərə alaraq, donorlardan əlavə resurslar cəlb etmədən proqramlarımızın inkişafa təsirini artırmaq üçün əlavə tədbirlər həyata keçiririk", - deyə AİB prezidenti bildirib.

O, vurğulayıb ki, bu gün yoxsul və həssas təbəqənin müdafiəsi hər zamankindən daha vacibdir.

"Asiya İnkişaf Fonduna (ADF 14) və Xüsusi Texniki Yardım Fonduna (TASF 8) tarixi 5 milyard dollar məbləğində vəsaitin artırılması birgə missiyamıza güclü etimad səsidir. Göstərilən dəstəyə və etimada görə dərin minnətdarlığımızı bildiririk", - deyə M.Kanda qeyd edib.

Məqalədə:

Seçilən
0
4
unikal.az

10Mənbələr