Milli Məclisin deputatı Bədəl Bədəlov 03 may 2025-ci il tarixdə Goranboy rayonunda seçicilərlə növbəti görüş keçirmişdir.
"Unikal" xəbər verir ki, görüş zamanı qaldırılan məsələlər diqqətlə dinlənilmiş, həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun müvafiq addımlar atılmışdır.
Müraciətlər əsasən işlə təminat, yardımlar və sosial problemlərlə bağlı olmuşdur.
Bəzi məsələlər yerindəcə həll edilmiş, digər məsələlər üçün müvafiq strukturlara müraciətlərin edilməsi nəzərdə tutulmuşdur