AZ

Qara Qarayev 350-yə çatdı

Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib.

“Araz-Naxçıvan”ın futbolçusu “Sabah”la ev oyununa (1:1) start heyətində çıxıb.

Premyer Liqada 2008/2009 mövsümündə debüt edən Qarayev 350 matçda 6 qol vurub. O, ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da 20 görüşə çıxıb.

Oyunçu Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü futbolçudur. O, Rahid Əmirquliyevin rekordundan 101 oyun geri qalır.

1. Rahid Əmirquliyev - 451

2. Mahmud Qurbanov - 421

3. Rəşad Sadiqov - 392

4-5. Asif Məmmədov - 388

Azər Məmmədov - 388

6. Aslan Kərimov - 382

7. Rəşad Abdullayev - 378

8-9. Elvin Məmmədov - 376

Maksim Medvedev - 376

10. Vurğun Hüseynov - 368

11. Aqil Məmmədov - 363

12. İsmayıl Məmmədov - 351

13. Qara Qarayev – 350

Seçilən
0
16
fanat.az

10Mənbələr