BAKI, 4 may. TELEQRAF
İsrailin Ben-Qurion hava limanı hipersəsli ballistik raketlə vurulub.
Teleqraf xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) hərbi nümayəndəsi Yəhya Səriə məlumat verib.
“Raket qoşunları işğal altındakı Yafodakı Ben-Qurion hava limanına qarşı hipersəsli ballistik raketlə hərbi əməliyyat həyata keçirib. Raket hədəfi uğurla vurub”, - deyə o bildirib.
İsrail ordusunun Yəməndən atılan raketi zərərsizləşdirməyə çalışdığı bildirilir. Müdaxilə zamanı raket qalıqlarının yerə düşməsi səbəbilə Tel-Əvivdəki Ben-Qurion hava limanının fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Qeyd edək ki, mart ayında da husilər Ben-Qurion hava limanını “Fələstin-2” tipli hipersəsli ballistik raketlə vurduqlarını açıqlamışdılar. Yəhya Səriənin sözlərinə görə, həmin əməliyyat da uğurla başa çatıb.