AZ

Putin: Nüvə silahına ehtiyac olmadı və olmayacaq

​BAKI, 4 may. TELEQRAF

Ukrayna ilə müharibə zamanı Rusiya nüvə silahından istifadə etməyə ehtiyac duymayıb.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bizi təxribata çəkməyəçalışdılar, səhv addım atmağımızı istədilər. Lakin həmin silahdan istifadə zərurəti yaranmadı və ümid edirəm, bu, heç vaxt lazım olmayacaq,” – deyə Rusiya lideri qeyd edib.

Putin əlavə edib ki, Rusiya 2022-ci ildə başladığı hərbi əməliyyatı öz xeyrinə başa çatdırmaq üçün yetərincə gücə və resurslara malikdir.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr