AZ

Zelenski 30 günlük atəşkəsdə israr edir

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi üç günlük atəşkəs əvəzinə 30 günlük atəşkəsdə israr edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında V.Zelenski özü deyib.

 

"Şərtsiz atəşkəs - amerikalıların təklif etdiyi modeldir. Biz buna əməl edirik. Gəlin, 30 günlük atəşkəsi sınayaq. Niyə 30 günlük atəşkəs? Çünki üç, beş, yeddi gün ərzində heç nə barədə razılaşmaq mümkün deyil", - o qeyd edib.

 

Daha əvvəl Kremlin mətbuat xidməti V.Putinin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan etdiyini bildirmişdi.

 

“Rusiya ordusu mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-dək döyüş əməliyyatlarını dayandıracaq”, - RF Prezidentinin bəyanatında qeyd olunub.


Seçilən
0
5
senzor.az

10Mənbələr