AZ

Zelenski atəşkəsdə israrlıdır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi üç günlük atəşkəs əvəzinə 30 günlük atəşkəsdə israr edir.

 

Sfera.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə V.Zelenski bildirib.

 

"Şərtsiz atəşkəs - amerikalıların təklif etdiyi modeldir. Biz buna əməl edirik. Gəlin, 30 günlük atəşkəsi sınayaq. Niyə 30 günlük atəşkəs? Çünki üç, beş, yeddi gün ərzində heç nə barədə razılaşmaq mümkün deyil", - o qeyd edib.

 

Daha əvvəl Kremlin mətbuat xidməti V.Putinin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan etdiyini bildirmişdi.

 

“Rusiya ordusu mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-dək döyüş əməliyyatlarını dayandıracaq”, - RF Prezidentinin bəyanatında qeyd olunub.

Seçilən
0
5
sfera.az

10Mənbələr