Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya qalib xalqdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Bilik. Birinci” təhsil marafonunun iştirakçıları qarşısında çıxış edən dövlət başçısı bildirib ki, məğlub olan xalqlar Rusiyaya nəyisə sırımağa, onu təhrif etməyə çalışırlar. “Və biz, şübhəsiz ki, qalib xalqıq, sözün geniş mənasında millətik”, – Putin qeyd edib.
O əlavə edib ki, ölkəyə beynəlxalq qaliblər qrupu lazımdır.
Putin marafon zamanı babasının Böyük Vətən Müharibəsindəki məktubunu da xatırlayıb. Prezidentin sözlərinə görə, bu, ona o illərdə baş verən hadisələrə başqa cür baxmağa kömək edib. “Mən insanların necə yaşadıqlarını, insanların nə ilə yaşadıqlarını, nə hiss etdiklərini, nə danışdıqlarını başa düşdüm” dedi.