AZ

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümüdür

Bakı. Trend:

Bu gün XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri –Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü tamamolur.

Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləridoktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əzizqızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtıkəndində anadan olub.

O, 1942-ci ildə orta məktəbi bitirdiktən sonra Azərbaycan DövlətTibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və1947-ci ildə həmin institutu bitirib. Sonra Moskva şəhərindəMərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrəixtisaslaşdırma kursu keçib.

1950-ci ildə Zərifə xanım Əliyeva aspiranturaya daxil olub və1953-cü ildə buranı bitirib.

1957-ci ilə qədər Azərbaycan Elmi Tədqiqat Oftalmologiyaİnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilə qədər böyük elmiişçi, 1967-ci ildən isə Ə.Əliyev adına Azərbaycan HəkimləriTəkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti,professor, Görmə orqanının peşə patologiyası laboratoriyasınınmüdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrindəçalışıb.

İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların vətəcrübələrin nəticələri Zərifə xanımın düynada ən məşhuroftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva GözXəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi"Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görməorqanının vəziyyəti" adlı doktorluq dissertasiyasının əsasınıtəşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləridoktoru dərəcəsi verilib.

Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminininkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda genişyayılmış traxomanın, kimya və elektron sənayelərində peşəfəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi,profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasirproblemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən"Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kiminadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslikvə dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12səmərələşdirici təklifin müəllifidir.

Zərifə xanım Əliyeva yüksək ixtisaslı tibbi kadrlarınhazırlanmasına böyük əmək sərf edib. O, Ümumittifaq OftalmoloqlarCəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin,Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnikoftalmologii" (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə -görmə orqanının peşə patologiyası sahəsində apardığı elmitədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ənyüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademikM.İ.Averbax adına mükafatına layiq görülüb. Qeyd olunmalıdır ki,professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadınidi.

Elmi tədqiqatlarının yüksək səviyyəsi, sosial əhəmiyyəti,ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi tədqiqatişlərində böyük xidmətləri qiymətləndirilərək, 1983-cü ildə Zərifəxanım Əliyeva Azərbaycan SSR EA-nın akademiki seçildi.

Zərifə xanım Əliyeva göstərdiyi xidmətlərinə görə orden vəmedallarla təltif olunub. Azərbaycanın əməkdar elm xadimi kimiyüksək ada layiq görülüb.

Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də Moskvaşəhərində vəfat edib.

Seçilən
53
5
az.trend.az

10Mənbələr