AZ

Nə gözəl reklam imiş, bilsəydim, əvvəldən edərdim: Gündəm olan xalq artisti FOTO

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xalq artisti Zabit Nəbizadənin sosial şəbəkədə yayılan fotosu müzakirələrə səbəb olub. 

Ölkə.Az xəbər verir ki, buna səbəb isə müğənninin bir ayağına qara, digərinə isə tünd qəhvəyi rəngdə ayaqqabı geyinməsi olub.

Z.Nəbizadə Ölkə.Az-a açıqlamasında yuxusuz olduğunu və tələsikdən yanlışlığa yol verdiyini deyib:

“Mayın 1-i doğum günüm idi. Səhər tezdən 2 televiziyada olmuşam. Orada da çıxıb getmişəm ad günümü qeyd etdiyim restorana. Axşam da evə gec gəldim, yorğun idim. Səhər tezdən də mənə zəng vurublar ki, imtahan var, gəlmək lazımdır. Mən də səhər tezdən ayaqqabımı geyinəndə işığı yandırmadım. Tələsik geyinib imtahana getmişəm. İmtahan bitən zaman zalda həmkarlarım, kafedra müdiri Mənsum İbrahimov doğum günümə görə tort almışdılar. Tort kəsiləndən sonra foto çəkdirdik. Sonradan yoldaşlar mənə dedilər ki, ayaqqabını bilərəkdən belə geyinmisən ya yox? Dedim, yox. 

Maşında həmişə səhnə üçün ayaqqabılarım olur. Uşaqları göndərdim gedib gətirdilər, dəyişdim. Heç kim bilərəkdən belə eləməz. İndi paylaşıblar, Allah canlarını sağ eləsin. Yaxşılığı heç kim danışmır. Əslində, orada pislik də yoxdur. Bilməyərəkdən olub. Çaşıb arvad ayaqqabısı geyinməmişəm ki”.

Xanəndə deyib ki, uzun illər səhnələrdə olmasına baxmayaraq heç sənəti bu qədər müzakirə olunmayıb:

“35 ildir bu sənətdəyəm, həmişə də efirlərdə canlı oxumuşam. Bir adam mənim oxumağımdan danışmır, bir dəfə ayaqqabını tərs geyinmişəm hamı ondan danışır. Bu nə gözəl reklam imiş Bilsəydim, əvvəldən belə edərdim (gülür)”.

Qeyd edək ki, Zabit Nəbizadə Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində pedaqoq kimi çalışır.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
icma.az

10Mənbələr