AZ

Xalq artisti ayaqqabılarını dəyişik geyinməyindən danışdı: "Yuxulu idim"

Xalq artisti Zabit Nəbizadə dəyişik geyindiyi ayaqqabı qalmaqalına aydınlıq gətirib.

 

Modern.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Zabit Nəbizadə açıqlamasında yuxusuz olduğunu bildirib:

 

“Hadisə ad günümün səhəri baş verib. Gecə yatmamışam, yuxulu idim. Səhər konservatoriyada dərsim vardı, tələsirdim, işığı yandırmadan, paltarımı geyinib çıxdım. Hər ayaqqabımdan bir tay geyinib getmişəm. Şəkil çəkiləndən sonra uşaqlardan biri dedi ki, müəllim, ayaqqabınızı səhv geymisiniz. Dedim əsas şəkildir, yaxşı alınıb. Ayaqqabımı gizlədə də bilərdim, amma etmədim. Sənətim qalıb bir yanda, ayaqqabımdan yazıblar. Biz niyə belə zəmanəyə gəldik? Mənim tələbələrimdən, verdiyim dərsdən, sənətimdən yazın”.

 

Zabit Nəbizadə ayaqqabısının fotosunu çəkib yayanı düşmən adlandırıb: “Ayağımdakı ayaqqabımın biri kişi, digəri qadın deyil ki? İkisi də mənimdi, istəyərəm belə geyərəm, istəyərəm tay geyinirəm, bundan kimə nə? Gör nə qədər düşməndirlər ki, ayaqqabıma fikir verib, onu xəbər edib yayırlar”.

 

Qeyd edək ki, Xalq artisti Zabit Nəbizadənin sosial şəbəkədə yayılan fotosu müzakirələrə səbəb olub. Fotoda onun hər ayağına fərqli ayaqqabılar geyindiyi diqqət çəkib.

Seçilən
0
5
modern.az

10Mənbələr