AZ

ABŞ "Dark Eagle" raketini yenidən sınaqdan keçirdi

ABŞ "Dark Eagle" adlı hipersəsli LRHV raketini sınaqdan keçirib.

Axar.az xəbər verir ki, bu barədə "Orlando Sentinel" nəşri məlumat yayıb.

Raket sınağı ABŞ Kosmik Qüvvələrinin bazasının 46-cı start kompleksindən Atlantik okeanı istiqamətində həyata keçirilib.

Pentaqon raketin buraxılışını təsdiqləsə də, raket buraxılışının təfərrüatı barədə məlumat verməyib.

Qeyd edək ki, ABŞ sözügedən raketin sınağını ötən il də keçirmişdi.

Seçilən
23
6
axar.az

7Mənbələr