Böyük Britaniya ABŞ-la birlikdə hipersəs raket mühərrikini uğurla sınaqdan keçirib.
Axar.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyindən məlumat verilib.
“Britaniyalı alimlər Böyük Britaniya hökuməti, sənayesi və ABŞ hökuməti arasında sıx əməkdaşlıq nəticəsində mümkün olan hipersəs mühərrikinin əsas sınağını tamamlayıblar. Hərəkət sistemi qabaqcıl hipersəs qanadlı raketin prototipini gücləndirmək üçün nəzərdə tutulub”, - məlumatda qeyd olunub.