Bakı. Trend:
ABŞ ordusunu və Hərbi Dəniz Qüvvələrini təchiz etmək üçünhazırlanan "Dark Eagle" adlı hipersəsli LRHW raketini sınaqdankeçirib.
Trend-inməlumatına görə, bu barədə "Orlando Sentinel" qəzeti xəbərverib.
Məlumata əsasən, buraxılış Florida ştatının Kanaveral burnundayerləşən ABŞ Kosmik Qüvvələrinin bazasının 46-cı startkompleksindən Atlantik Okeanı istiqamətində həyata keçirilib.
Pentaqon raketin buraxılışını təsdiqləyib, lakin heç birtəfərrüat açıqlamayıb.
"Hökumət, elmi və sənaye tərəfdaşlarından ibarət birgə qrupMüdafiə Nazirliyi adından Kanaveral burnunda yerləşən Hərbi HavaQüvvələri bazasında sınaqlar keçirib", - deyə bildirilib.