AZ

"Barsa"nın ulduzu İngiltərə nəhənglərinin hədəfində: 93 milyona razıdırlar

  "Barselona"nın vingeri Rafinya İngiltərə Premyer Liqası klublarından birinə keçə bilər.

Referans.az xəbər verir ki, oyunçunun agentləri artıq potensial iddiaçılarla danışıqlar aparıb.

28 yaşlı braziliyalı İspaniya La Liqasını tərk etməyə hazırdır, lakin karyerasını harada davam etdirmək istədiyinə hələ qərar verməyib. Rafinya ilə üç ingilis nəhəngi maraqlanır. Bunlar "Liverpul", "Arsenal" və "Çelsi"dir.

"Barsa"nın idman direktoru Deko transfer təkliflərini nəzərdən keçirəcək. Namizədlər cinah oyunçusu üçün 93 milyon avro ödəməyə hazırdırlar.

Bu mövsüm Braziliya millisinin üzvü bütün turnirlərdə 48 oyun keçirib, 30 qol vurub və 23 məhsuldar ötürmə edib. Onun təxmini transfer dəyəri 80 milyon avrodur./publika.az  

Seçilən
18
9
referans.az

10Mənbələr