AZ

80 milyona alıblar, “su qiyməti”nə satırlar

“Çelsi” yayda mərkəz müdafiəçisi Uesli Fofanadan yaxa qurtarmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

Nəşrin məlumatına görə, “Çelsi” futbolçu üçün həm tam transfer, həm də icarə təkliflərini nəzərdən keçirməyə hazırdır. Hazırda 24 yaşlı fransalıya ən böyük marağı “Marsel” göstərir.

Xatırladaq ki, aprelin əvvəlində Fofana bud nahiyəsindən zədə alıb və əməliyyat olunub və cari mövsümün sonunadək sıradan çıxarıb.

Seçilən
1
9
publika.az

10Mənbələr