AZ

ABŞ-nin Yəmənin paytaxtına endirdiyi zərbələr nəticəsində 12 nəfərin ölüb

Husilərin Səhiyyə Nazirliyi ABŞ Hərbi Hava Qüvvələrinin Sənanın Farva rayonundakı bazara hücum etdiyini bildirib.

ABŞ-nin Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatının nəzarəti altında olan Səna şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 12 nəfər ölüb, 30 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Husi hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

"İlkin məlumatlara görə, ABŞ-nin Farva bölgəsində bazara hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb, daha 30 nəfər yaralanıb", - üsyançıların nəzarətində olan "Al Masirah" telekanalı nazirliyə istinadən bildirib.

Səhiyyə Nazirliyi xilasetmə qruplarının dağıntılar altında qurbanların axtarışını davam etdirdiyini və qurbanların sayının arta biləcəyini vurğulayıb.

Telekanalın məlumatına görə, ərazidə yerləşən yaşayış binalarına və bazar obyektlərinə xeyli maddi ziyan dəyib.

Seçilən
81
1
operativmedia.az

10Mənbələr