ABŞ-ın Yəmənin “Ənsar Allah” hərəkatının nəzarəti altında olan Səna şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 12 nəfər həlak olub, 30 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə husi hökumətinə bağlı Səhiyyə Nazirliyi məlumat verib.
“İlkin məlumatlara görə, ABŞ-ın Fərva bölgəsindəki bazara hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb. 30 nəfər isə yaralanıb”, – “Al Masirah” telekanalı nazirliyə istinadən bildirib.
Telekanalın məlumatına görə, ərazidə yerləşən yaşayış binalarına və bazardakı obyektlərə xeyli maddi ziyan dəyib.