İsrail atəşkəs razılaşmasına baxmayaraq, Livanın cənubuna növbəti dəfə hava zərbələri endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yayıb.
Bildirilib ki, döyüş təyyarələri səhər saatlarından etibarən ölkənin cənubuna intensiv uçuşlar həyata keçirir, tez-tez atəş açır: "İsrail döyüş təyyarələri Nebatiye şəhərinin Arnun, Kafr Tebnin və Yahmur əş-Şikayf yaxınlığındakı ərazilərə ardıcıl hücumlar təşkil edir, bir çox hədəflər vurulub".
Tahir Şəlvəli
Mia.az