DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Azər Hüseynov saxlanılıb.
Keçirilən baxış zamanı onun əlindəki torbadan 5 kiloqram 330 qram marixuana, 150 qram heroin və 150 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırma zamanı saxlanılan şəxsi həmin narkotik vasitəni xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi və Bakı şəhəri ərazisinə çatdırmaq tapşırığı aldığı müəyyən edilib.
A.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

10Mənbələr
-
avtosfer.azXırdalanda "Prius"dan 4 kilodan çox narkotik tapıldı ( 3290446)
-
lent.azXırdalanda "Prius"dan 4 kilodan çox narkotik tapıldı ( 3289198)
-
senzor.azCəlilabaddan Bakıya narkotik gətirmək istəyən Sumqayıt sakini saxlanıldı -FOTO ( 3224308)
-
reyting.azBakıya satış üçün narkotik gətirmək istəyən şəxs saxlanılıb - Foto ( 3222499)
-
editor.azCəlilabaddan Bakıya narkotik gətirmək istəyən şəxs saxlanıb – FOTO ( 3221785)
-
teleqraf.comBakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanıldı ( 3221209)
-
demokrat.azBakıya narkotik gətirmək istəyən şəxs saxlanıldı ( 3220809)
-
bizim.mediaBakıya narkotik gətirmək istədi, POLİS TUTDU – FOTO ( 3220861)
-
bakivaxti.azAzər Hüseynov Bakıya narkotik gətirərkən saxlanıldı - FOTO ( 3220744)
-
milli.azBakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanılıb - FOTO ( 3220759)