Bakıya külli miqdarda narkotik vasitə və həblər gətirmək istəyən şəxs Cəlilabadda saxlanılıb.
Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Azər Hüseynov saxlanılıb.
Keçirilən baxış zamanı onun əlindəki torbadan 5 kiloqram 330 qram marixuana, 150 qram heroin və 150 ədəd metadon həbi aşkarlanaraq götürülüb.