Araz-Naxçıvan” daha 2 futbolçu ilə yeni müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Ürfan Abbasov və Ülvü İsgəndərov 2025-2026-cı illər mövsümünün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün çalışacaq. Hər iki futbolçu ilə yeni anlaşma 1 illikdir.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.