Lənkəranda qətl hadisəsi törədilib. Hadisə Vilvan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb.
Onun üzərində kəsici-deşici alətlə vurulan xəsarətlər qeydə alınıb.
V.Səbziyevin hansı şəraitdə və kim tərəfindən öldürülməsi hələ məlum deyil. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.