AZ

Lənkəranda DƏHŞƏTLİ QƏTL


Lənkəranda qətl hadisəsi törədilib.

News24.az "Report"a istinadla xəbər verir ki, hadisə Vilvan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb. Onun üzərində kəsici-deşici alətlə vurulan xəsarətlər qeydə alınıb.

V.Səbziyevin hansı şəraitdə və kim tərəfindən öldürülməsi hələ məlum deyil.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
10
news24.az

10Mənbələr