AZ

Aranda yağmursuz, dağlarda yağış və duman...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 18-21°, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 50-55, gündüz 30-35 faiz olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20°, gündüz 29-33°, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacaq.

Q.QASIMOV
XQ

Seçilən
0
9
xalqqazeti.az

10Mənbələr