Mayın 30-u Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 18-21, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55, gündüz 30-35 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20, gündüz 29-33, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.