AZ

Bu ixtisaslarda keçid balı aşağı olacaq

Hazırda abituriyentlərin diqqət mərkəzində olan əsas məsələlərdən biri də bəzi ixtisaslar üzrə keçid ballarındakı dəyişiklik ehtimalıdır.

Redaktor.az xəbər verir ki, təhsil eksperti Vüsal Kərimli metbuat.az-a açıqlamasında bildirib ki, bu il də bəzi ali təhsil müəssisələrində, xüsusilə regionlarda yerləşən universitetlərdə, keçid ballarında aşağı düşmə müşahidə olunacaq:

“Bəzi universitetlərdə, xüsusilə Lənkəran Dövlət Universiteti kimi region ali məktəblərində keçid ballarının aşağı olacağını gözləyirik. Bu daha çox aqrar və texnoloji yönümlü ixtisaslara, məsələn, şərabçılıq, baytarlıq kimi sahələrə aiddir. Azərbaycan Dövlət Aqrar Universiteti və Texnologiya Universitetində bu ixtisaslara tələbat zəifdir. Bu səbəbdən keçid balları əvvəlki illərdə olduğu kimi, bu il də 150 bal səviyyəsində qalacaq”.

Seçilən
0
3
redaktor.az

10Mənbələr