Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, İranla münasibətlərdə də pozitiv dinamika davam edir:
“2024-cü ildə iki ölkə arasında ticarət həcmi 12%-dən çox artaraq 1,8 milyard dolları keçdi, 2025-ci ilin ilk 4 ayında isə sərhəd bölgələrində infrastruktur və ticarət əlaqələri daha da genişləndi. Bu, regional sabitlik və iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində 2024-cü ildə enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri mövzularında fəallıq artdı. Bakıda keçirilən COP29 konfransı Azərbaycanın qlobal iqlim siyasətində liderliyini möhkəmləndirdi. Avropa İttifaqı ilə ticarət dövriyyəsi 8% artaraq iqtisadi əlaqələrin dərinləşdiyini göstərdi. ABŞ-la münasibətlərdə strateji dialoq intensivləşib, xüsusilə təhlükəsizlik və enerji sahələrində əməkdaşlıq genişlənib”.
Politoloqun sözlərinə görə, 2024-cü ilin sonunda və 2025-ci ilin əvvəllərində Ermənistanla sərhəd delimitasiyası üzrə əldə olunan razılaşmalar Azərbaycanın suverenliyinin möhkəmlənməsi üçün diplomatik uğurdur:
“12,7 km sərhəd xəttinin müəyyən olunması və 6,5 kv.km ərazinin qaytarılması ölkəmizin xarici siyasətinin nəticəsidir. Azərbaycanın beynəlxalq arenadakı fəallığı, sülh təşəbbüsləri və regionda sabitliyin təmin olunması istiqamətində rolu 2024-2025-ci illərdə artıb. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq forumlarda iştirakı Azərbaycanın nüfuzunu yüksəldib və strateji tərəfdaşlarla dialoqu gücləndirib. Xarici siyasətdə balanslı yanaşma və milli maraqların qorunması prioritet olaraq qalır. 2025-ci ilin ilk 4 ayı ərzində xarici ticarətin 24%-dən çox artması, ixracın 7,5%, idxalın isə 48,8% yüksəlməsi iqtisadiyyatın şaxələndirilməsi və xarici əlaqələrin genişlənməsini göstərir. Bu artım müsbət saldo ilə müşayiət olunmaqla yanaşı, idxalın yüksək tempi ticarət balansında müəyyən dəyişikliklərə səbəb olub. Ümumilikdə, Azərbaycanın xarici siyasəti 2024-2025-ci illərdə həm iqtisadi, həm də siyasi sahələrdə uğurlu nəticələr əldə edib. Çin və İranla münasibətlərin güclənməsi, Avropa İttifaqı və ABŞ-la əməkdaşlığın inkişafı ölkənin regional və qlobal mövqeyini möhkəmləndirib. Bu dinamika 2025-ci ildə də davam etdirilərək Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və regional sabitliyin təmin olunmasına xidmət edəcək”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
anews.azMoskvanın inkar siyasəti Xəzəri məhvə sürükləyir ( 17757701)
-
demokrat.az"Azərbaycanın xarici siyasəti son illərdə həm iqtisadi, həm də siyasi sahələrdə uğurlu nəticələr əldə edib" — Politoloq ( 17753150)
-
moderator.az"NATO və sanksiyalar məsələsi: Moskvanın danışıqlarda əsas tələbləri" - "Reuters" ( 17716367)
-
bizim.mediaMoskvanın dəbdəbəsində gizlənən Əsədin lüks sürgün həyatı ( 17657330)
-
news365.azMoskvanın dəbdəbəsində gizlənən Əsədin lüks sürgün həyatı ( 17637611)
-
musavat.comMoskvanın dəbdəbəsində gizlənən Əsədin lüks sürgün həyatı ( 17636381)
-
sfera.azRusiya “Artsax”ı diriltmək istəyir - Moskvanın yeni məqsədi nədir? ( 17560454)
-
xalqqazeti.az“Bağlı qapı” siyasəti ABŞ turizminə sədd çəkir ( 17517650)
-
anews.azQazaxıstan Fond Birjasında ticarət həcmi altı dəfədən çox artıb ( 17514431)
-
xalqcebhesi.azBFB-nin sədr müavini: Qazaxıstan Fond Birjası ilə bazarların inteqrasiyasına çalışırıq ( 17514137)