AZ

"NATO və sanksiyalar məsələsi: Moskvanın danışıqlarda əsas tələbləri" - "Reuters"

"Rusiyanın müharibəni bitirmək üçün əsas şərti Ukraynanın neytral, bloklara qoşulmayan və nüvəsiz statusa qayıtmasıdır..."
 
Rusiya prezidenti Vladimir Putinin hansı şərtlərlə müharibəni dayandırmağa razı ola biləcəyi bəlli olub. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumata görə, Rusiya Qərbin şərqə doğru genişlənmədən imtinasını yazılı şəkildə təsdiqləməsini tələb edir. Bu isə Ukrayna, Moldova, Gürcüstan və digər keçmiş sovet respublikalarının NATO-ya üzvlüyünün tam istisna olunması deməkdir.
 
Kreml bildirir ki, tələblərə həm də Ukraynanın neytral status alması və "rusdilli vətəndaşların qorunması" daxildir. Rusiya eyni zamanda Qərbdən ona qarşı tətbiq edilən bəzi sanksiyaların ləğvini və dondurulmuş aktivlərin məsələsinin "həll olunmasını" istəyir. "Reuters"-ə danışan yüksək vəzifəli rusiyalı məmurlardan biri deyib: "Putin sülhə hazırdır, amma hər cür şərtlə yox".
 
Ərazi məsələsi və Kremlin strategiyası
 
Agentliyin məlumatına əsasən, əgər Putin döyüş meydanında taktiki üstünlük əldə edəcəyini görsə, Ukraynanın daha dərinliklərinə doğru irəliləməyə çalışacaq. Kremlin düşüncəsinə görə, sanksiyalara və iqtisadi çətinliklərə baxmayaraq, Rusiya illərlə müharibə aparmaq gücündədir.
 
"Reuters"-in digər mənbəsi bildirir ki, Putin hələlik ərazi məsələlərində güzəştə getməyə meylli deyil və Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam nəzarətə götürülməsində israrlıdır. Hazırda Rusiya Ukraynanın təqribən beşdə birinə nəzarət edir.
 
Agentlik qeyd edir ki, Rusiya son bir ildə irəliləyiş əldə etsə də, bu müharibə həm Rusiya, həm də Ukrayna üçün həm itkilər, həm də hərbi xərclər baxımından çox baha başa gəlir.
 
NATO və təhlükəsizlik zəmanətləri
 
Ukrayna dəfələrlə bəyan edib ki, Rusiyaya NATO-ya üzvlüklə bağlı veto hüququ verilməməlidir. Kiyev Qərbdən gələcəkdə mümkün hər hansı hücumun qarşısını almaq üçün güclü təhlükəsizlik zəmanətləri tələb edir. NATO isə daha öncə bildirib ki, Moskvanın tələblərinə görə "açıq qapı" siyasətindən imtina etməyəcək.
 
Sülh danışıqları ilə bağlı son xəbərlər
 
Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, yaxın zamanda yeni danışıqlar raundu elan olunacaq. Onun sözlərinə görə, Rusiyanın müharibəni bitirmək üçün şərti Ukraynanın "neytral, bloklara qoşulmayan və nüvəsiz statusa" qayıtmasıdır. 
 
Bu tələblər hansı formada sülh əldə olunmasından asılı olmayaraq yerinə yetirilməlidir. Digər tərəfdən, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, müharibə 2026-cı ilin iyununa qədər bitməlidir və bunun üçün Kremlə qarşı ciddi təzyiqlər tətbiq olunmalıdır.
Seçilən
0
42
moderator.az

10Mənbələr