Pul qənaət etmək zərurəti ilə bağlı iddialara baxmayaraq, Almaniyada CDU/CSU-SPD koalisiyası siyasi partiyalara dövlət subsidiyalarını artırmaq qərarına gəlib.
HİT.az xəbər verir ki, 2025-ci ildən maliyyələşdirmə daha altı milyon avro artaraq 225,4 milyona çatacaq. Artım geriyə qüvvədə olacaq, yəni bütün cari il üçün tətbiq olunacaq.
Bundestaqın sədri Julia Klöcknerin verdiyi məlumata görə, bu qərar partiya xərclərinin əvvəlki illə müqayisədə 2,8% artması ilə əlaqədardır. Bir il əvvəl dövlət ödənişləri artırılmışdı - 4,6% və ya demək olar ki, 10 milyon avro.
Hər bir seçicinin səsinə görə ödənişlər də artıb. İndi ilk dörd milyon səs üçün bir partiya 1,21 avro (əvvəlki 1,18-ə qarşı), sonrakı bütün səslər üçün isə 99 sent (əvvəllər 97 sent) alacaq. Bu ödənişlər federal və ya Avropa seçkilərində ən azı 0,5% və ya regional seçkilərdə bir faiz səs almış bütün partiyalara şamil edilir.
2023-cü ildə büdcədən ən çoxu XDİ əldə edib - demək olar ki, 58 milyon avro. Onu SPD (51,3 milyon), Yaşıllar (32,6 milyon), FDP (18,6 milyon), Solçular (14 milyon), CSU (12,6 milyon) və AfD (11,6 milyon) izləyib.
Samir