2024-cü ildə məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərclərə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 2809,8 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da ayrılması nəzərdə tutulan 3026,8 milyon manat məbləğində vəsaitə nisbətən 217,0 milyon manat və ya 7,2 faiz azdır.
APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.
Hesabatda qeyd edilib ki, bu, 2023-cü illə müqayisədə isə 138,5 milyon manat və ya 5,2 faiz çoxdur.
Bu xərclər ÜDM-in 2,2 faizini, dövlət büdcəsi xərclərinin isə 7,5 faizini təşkil edib.