AZ

Zaxarova: Fransa hərbçiləri Ukraynada Rusiyaya qarşı döyüşürlər

BAKI, 29 may. TELEQRAF

“Fransa Prezidenti Emmanuel Makronun sülh prosesinə sadiqliyi ilə bağlı ritorikasına inanmaq olmaz”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa KİV-in Ukrayna ordusunun sıralarında fransalı muzdluların xidmət etməsi ilə bağlı iddiasını şərh edərkən deyib.

“Fransa əsgərləri və polisləri Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat bölmələri ilə birlikdə xidmət edirlər. Onların bütün ideologiyası (Rusiyaya qarşı) neonasist münasibətə köklənib və onların missiyası sadə və aydındır: mümkün qədər çox rus öldürmək. Parisdən gələn bu cür təminatlardan sonra Makronun sülh prosesi ilə bağlı iddiaları tamamilə rədd edilib”, - diplomat bildirib.

Zaxarova əlavə edib ki, Ukrayna ordusunun sıralarındakı fransalı hərbçilər ruslara qarşı güllərini əsirgəmədən döyüşürlər.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr