FETÖ/PDY-nin Boluda "Maydonoz Döner”ə qarşı keçirdiyi əməliyyatda tutulan 6 şübhəli ədliyyəyə sövq edilib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, FETÖ/PDY-nin Türkiyənin Bolu bölgəsində "Maydonoz Döner”ə qarşı keçirdiyi əməliyyatda tutulan 6 şübhəli ədliyyəyə sövq edilib.
Polis qrupları FETÖ/PDY-nin maliyyə strukturlaşması ilə bağlı aparılan istintaq çərçivəsində "Maydonoz Döner” zəncirinə qarşı əməliyyat keçirib.
Əməliyyatda 5-i Bolu, biri isə Samsunda olmaqla 6 şübhəli yaxalanıb. Onlar polis bölməsindəki əməliyyatları başa çatdıqdan sonra (Y.A. (27), R.A. (31), Y.D. (35), M.Y.G. (33), E.A. (30) və N.K. (48)) Bolu Ədliyyəsinə sövq ediliblər.