Türkiyədə Bolu mərkəzli iki vilayətdə Fətullahçı Terror Təşkilatının (FETÖ) maliyyə strukturlaşması çərçivəsində dönər zənciri ilə bağlı aparılan istintaqda 6 şübhəli saxlanılıb. Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bolu Respublika Prokurorluğu tərəfindən FETÖ ilə əlaqəsi olduğu müəyyən edilən dönər zəncirinin biznesləri haqqında "FETÖ-yə üzv olmaq və təşkilatı maliyyələşdirmək" cinayəti ilə istintaq başladılıb.
Boluda 5, Samsunda isə 1 şübhəlinin tutulması üçün İl Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən əməliyyat keçirilib. Əməliyyatda saxlanılan Y. A., R. A., Y. D., M. Y. G., E. A. və N. K. polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə göndərilib.
Şübhəlilərin prokurorluqda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zərintac MayisqızıMissiya.Az