AZ

Unibankın dollar istiqrazlarına 61 investor 61 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ

21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin 4 milyon dollarlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Brjanın yaydığı məlumata görə, qeyd olunan AZ2018002025 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 29.05.2025-ci il tarixində yekunlaşmışdır.  İstiqrazlara  61 investor 61 sifariş təqdim edib və tam həcmdə yerləşdirilib. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınıb.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Unibank Kommersiya Bankı" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2018002025

İstiqraqzların növü və forması:  Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları

Ticarət üsulu/forması:  Kütləvi/ Birqiymətli Hərrac

İstiqrazların sayı:  4 000 ədəd

İlkin ticarət qiyməti: 1000 ABŞ dollar

Buraxılış həcmi: 4 000 000 ABŞ dollar

İllik gəlirlilik faizi:  8%

Ödəmə periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 90 (doxsan) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti:  6 il

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  4000000 ABŞ dollar

Reallaşdırılmış həcm:  4000000 ABŞ dollar

Hərrac qiyməti: 1000 ABŞ dollar

İnvestor sayı: 61

Sifariş sayı: 61

Anderrayter:  “Unicapital İ.Ş.” ASC

Seçilən
0
1
marja.az

10Mənbələr