AZ

"Kapital Bank"ın 30 milyonluq istiqrazlarının yerləşdirilməsi baş tutub - 55 İNVESTORDAN 57 TƏKLİF

24 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank" ASC-nin 30 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. 

QBirjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların abunə yazılışı 02.05.2025-ci ildə başlayaraq, 20 təqvim günün ərzində aparılıb, mayın 21-də yekunlaşmıb. 

"Kapital Bank" ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi 23.05.2025-ci il tarixində baş tutub. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Kapital Bank" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2016005152

İstiqrazların növü və forması:  Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi / Abunə yazılışı

İstiqrazların sayı:  300 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  30 000 000 manat

İllik gəlirlilik faizi: 11%

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti:  1 il

Hərrac qiyməti*:  100 manat

Reallaşdırılmış həcm:  30 000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  30,000,0000 manat

İnvestor sayı:  55

Sifariş sayı:  57

Anderrayter:  “PAŞA Kapital İ.Ş” QSC

Seçilən
0
4
marja.az

10Mənbələr