Türkiyənin xarici işlər naziri Hakan Fidan Laçında səfərdədir.
Operativ Media xəbər verir ki, o Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Laçına səfər edib.
Qeyd edək ki, Fidan 26-27 may tarixlərində Moskvada səfərdə olub.
O, Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın XİN rəhbəri Sergey Lavrov ilə Ukrayna münaqişəsi ilə bağlı danışıqlar aparıb.
Türkiyə XİN-nin məlumatına görə, o, sabah Kiyevə səfər edəcək. Səfər 29-30 may tarixlərində baş tutacaq.