Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May - Müstəqillik Günün münasibəti ilə təbrik edib.
Operativ Media xəbər verir ki, bu barədə nazirliyin rəsmi "X" hesabında paylaşım edilib.
Paylaşımda qeyd edilib: "Azərbaycan xalqını təbrik edirik və əlaqələrin gücləndirilməsi ölkələrimizin suverenliyini gücləndirəcək və regionda sülh və təhlükəsizliyi bərpa edəcəkdir. Biz rus işğalının çətin anlarında dəstəyə görə minnətdarıq".