AZ

Azərbaycan–Fransa münasibətləri: dönüş nöqtəsi, yoxsa sadəcə fasilə?

Bakı. Trend:

Bəzən beynəlxalq siyasətdə hansısa jest, ilk baxışda xoşməramlıhərəkət təsiri bağışlasa da, arxasında çoxqatlı strateji hesablamagizlənir. Azərbaycanda xuliqanlığa görə məhkum olunmuş bir Fransavətəndaşının azadlığa buraxılması da bu qəbildəndir. Kim istəsə, buhadisəni “yumşalma jesti” kimi təqdim edə bilər, amma diplomatiksiqnalların strukturuna diqqət yetirdikdə, ortada tam başqa mənzərəgörünür: söhbət barışdan yox, mürəkkəb diplomatik oyunun birepizodundan gedir.

Bir və ya bir neçə nəfərin əfv edilərək azadlığa buraxılması,əlbəttə ki, Azərbaycanla Fransa arasındakı münasibətlərin ümumimahiyyətini dəyişmək gücündə deyil. Amma bu addım Avropa fonunda -Kaya Kallasın səfəri, Avropa Komissiyası ilə canlanan əlaqələr,enerji sahəsində aktivlik fonunda - fərqli məna qazanır. Bakı birtərəfdən göstərir ki, sivil dialoq tərəfdarıdır, digər tərəfdənisə, Parislə münasibətlərdə baş verənləri “unudub” yoluna davametmək fikrində deyil.

Fransa artıq çoxdan Cənubi Qafqazda neytral aktor imiciniitirib. Paris açıq şəkildə İrəvana dəstək verir, Ermənistanordusunun silahlandırılmasına sərmayə qoyur, Azərbaycanı hədəf alanqətnamələrin təşəbbüskarı olur və Avropa Parlamentində öz gündəminidiqtə etməyə çalışır. Ancaq bu siyasət strateji planlaşdırma yox,öz imkanlarını aşırı qiymətləndirmənin göstəricisidir. “Fransa -Qafqaz oxu” ideyası reallığa çevrilmədi: Tbilisi bu təşəbbüsəqoşulmadı, Bakı Fransanın vasitəçiliyini qətiyyətlə rədd etdi,Ermənistan isə getdikcə daha çox daxili xaosa sürüklənir.

Belə vəziyyətdə Fransa Cənubi Qafqaz üzrə Aİ siyasətində faktikişəkildə təcrid olunub. Daha da pisi - Parisin davranışları Avropaİttifaqının bu regiona dair vahid strategiyasının formalaşmasınaciddi əngəl yaradır. Bu isə Bakıya yeni qaydalar təklif etməkimkanı verir - güzəşt deyil, praqmatik əməkdaşlıq şəklində.

Azərbaycanda xuliqanlığa görə həbs olunmuş fransız vətəndaşınınazadlığa buraxılması humanist jest kimi təqdim edilə bilər, ammasiyasi fonu daha dərin və əhəmiyyətlidir. Bu addım Bakının Parisəaçıq mesajıdır: dialoq mümkündür, amma paternalist tonda danışmaqvə Cənubi Qafqaza “üçüncü tərəf” qismində müdaxilə etmək cəhdlərinəson qoyulmalıdır. Fransa üçün isə bu hadisə, təsir imkanlarını tamitirmədən əvvəl, az qala son şanslardan biridir.

Bu dəyişikliklərin arxa planını anlamaq üçün Fransa xaricisiyasətinin son illərdə yaşadığı uğursuzluqları nəzərdən keçirməkkifayətdir.

Məsələn, Paris uzun illər geosiyasi “arxa bağçası” hesab etdiyiSaheldə təsirini sürətlə itirib:

2021 - 2023-cü illərdə Fransa “Barxan” əməliyyatı çərçivəsindəhərbi kontingentini Mali, Burkina Faso və Nigerdən çıxarmağa məcburoldu. Hər il təxminən 700 milyon avroya başa gələn bu missiya realnəticə vermədi.

2023-cü ilin iyul çevrilişindən sonra Nigerin hərbi rəhbərliyiFransa səfirini ölkədən qovdu, hərbi əməkdaşlığa son qoydu və ilinsonuna qədər fransız qoşunlarının ölkədən çıxarılmasına nailoldu.

Mali və Burkina Fasoda isə Fransanı həm Rusiya, həm də Türkiyəvə Çin iqtisadi və humanitar alətlərlə sıxışdırmağa başlayıb.

Nəticə? Fransa faktiki olaraq Afrikada “xüsusi təsir zonası”ndanməhrum olub. Uran yataqlarına çıxış, logistika marşrutları vədiplomatik təsir imkanları itirilib, bu isə Parisin qlobalcənubdakı mövqelərini ciddi şəkildə zəiflədib.

2023-cü ildə Fransa BMT Təhlükəsizlik Şurasının islahatlarınınqeyri-formal şəkildə bloklanmasında əsas fiqurlardan biri kimi ifşaolunub. Baş Assambleyanın daxili sənədlərində göstərilir ki, Parisvə London Afrika və Latın Amerikası ölkələrinin Şuraya daxiledilməsinə qarşı çıxıblar.

Bundan əlavə, 2023-cü ilin oktyabrında İsrail və Qəzza ilə bağlıBMT-nin qəbul etdiyi qətnaməyə Fransa tənqidi yanaşdı. Bu isəƏlcəzair, İran, Cənubi Afrika və İndoneziya kimi ölkələrindiplomatik etirazlarına səbəb oldu.

Paris bu vəziyyətdə nə keçmiş beynəlxalq hüquq normalarınıqoruya bildi, nə də onlara alternativ təklif etdi - sadəcə özününqlobal lider imicini daha da sarsıtdı.

Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada 2024-cü ilinmayında vəziyyət gərginləşdi. 270 minlik əhalidən 70 minə yaxıninsan seçki islahatlarına və müstəqillik hüquqlarınınməhdudlaşdırılmasına qarşı küçələrə çıxdı.

Paris dərhal 3000-dən çox jandarm göndərdi, fövqəladə vəziyyətelan etdi və interneti kəsdi. Bu addımlar nəinki yerli əhalininnarazılığına, həm də BMT və Sakit Okean Adaları Forumunda kəskinbeynəlxalq tənqidlərə səbəb oldu.

Beləliklə, Parisin “qlobal məsuliyyət daşıyan dövlət” imici onunözünün köhnə koloniyalarında sərgilədiyi avtoritar davranışlarlaalt-üst oldu.

Bu uğursuzluqlar fonunda Fransa Cənubi Qafqazı təkcə xaricimaraq dairəsi deyil, həm də qlobal statusu qorumaq üçün son“simvolik dayaqlardan” biri kimi görməyə başlayıb. Davamıaşağıdadır.

Bütün bunların fonunda Paris, bu yeni şəraitdəErmənistanı strateji tərəfdaş kimi önə çıxarır:

2023-cü ilin oktyabrında Fransa Ermənistanla 150 milyon avrodanartıq dəyəri olan hərbi müqavilə imzaladı. Buraya GM200 radarsistemləri, tank əleyhinə komplekslər və digər texniki vasitələrdaxil idi.

2024-cü ilin martında İrəvanda Fransa - Ermənistan hərbimissiyası fəaliyyətə başladı. Bu missiyanın məqsədi Ermənistanordusunu NATO standartlarına yaxınlaşdırmaq idi.

2022 - 2024-cü illər ərzində Fransa Ermənistana 90 milyonavrodan çox humanitar və institusional yardım göstərdi. Buvəsaitlər idarəetmə, təhsil və məhkəmə sisteminin islahatılayihələrinə yönəldilmişdi.

Fəqət bu qədər sərmayə və hərbi-siyasi dəstək Parisə nə regiondavasitəçi rolunu qazandırdı, nə də diplomatik manevr üçün real alətverdi. Fransa nə Brüssel formatında, nə də Türkiyə və Rusiya iləyanaşı gedən regional təşəbbüslərdə yer ala bildi. Bu isə onuoyundan tam kənarlaşdırdı - amma, necə deyərlər, meydanda gözədəyən passiv müşahidəçi statusuna endirdi.

Beləliklə, Fransa Qafqazda həmkarlıq qurmaq əvəzinə,himayədar-sponsor tandemində bir tərəfi - Ermənistana - tam açıqşəkildə dəstəkləyir, digərini - Azərbaycana - isə açıq tənqid edir.Bu isə Bakının Parisə münasibətində etimadın sarsılmasına vəqarşılıqlı əməkdaşlığın dayandırılmasına gətirib çıxardı.

Azərbaycan emosional bəyanatlara yox, rasional davranışlaraüstünlük verir. Fransız vətəndaşının azadlığa buraxılması - həmsiyasi jestdir, həm də xəbərdarlıq. Bakı demək istəyir ki, “bizaçığıq, amma diktə altında yox”. Heç kim Azərbaycanı nə təzyiqlə,nə də “demokratiya dərsi” ilə yönəldə bilməz.

Bu siqnal həm də Avropa İttifaqına yönəlib: “biz sizinləişləməyə hazırıq, amma Fransanın regiondakı avantürist xəritəsininbir parçası olmaq istəmirik”. Təsadüfi deyil ki, Azərbaycan sonaylarda məhz Avropa Komissiyası ilə əməkdaşlığa önəm verir, ammaFransa bu proseslərdən kənarda qalır.

Diplomatiyada simvolizm çox şey deməkdir. Bəzən bir insanınazadlığa buraxılması - bütöv bir dövlətə verilən cavabdır. İndi isəbu cavab sanki belə səslənir: “Biz masadayıq. Amma qaydaları artıqbiz qoyuruq.”

Paris bu gün Cənubi Qafqazda nə dialoq yarada bilir, nə dəkonstruktiv prosesə təsir göstərə bilir. Onun İrəvanısilahlandırmaq cəhdləri bölgəyə sabitlik gətirmir, əksinə,qarşıdurma riskini artırır. Eyni zamanda, Afrikada iflasa uğramışsiyasət, BMT-də etimad itkiləri, Yeni Kaledoniyada repressividarəçilik - bütün bunlar Fransanın “qlobal oyunçu” statusunu sualaltına qoyur.

Belə bir şəraitdə Azərbaycanla münasibətləri qoruyub saxlamaqFransanın marağındadır. Amma bunun üçün Paris əvvəlcə bir şeyianlamalıdır: bu regionda mövqe tutmaq istəyirsə, hökm etmək yox,dinləməyi öyrənməlidir. Çünki Qafqazda artıq heç kim Fransatəlimatı ilə yaşamır. Hər kəs öz oyununu oynayır. Və bu oyununqaydaları - çoxdan dəyişib.

2023-cü ildən sonra Fransanın Cənubi Qafqaza yönəlik rəsmiritorikasında bariz yumşalma müşahidə olunur. Əgər 2020 - 2022-ciillərdə Paris açıq-aşkar Bakını “aqressor” adlandırır, ərazi“işğalı”nda ittiham edirdisə, 2024-cü ildən etibarən EmmanuelMakron bu tip sərt açıqlamalardan uzaq durmağa başlayıb. 2025-ciilin martında isə Fransa Xarici İşlər Nazirliyi rəsmi şəkildə bəyanetdi ki, Paris Aİ-nin Bakı ilə İrəvan arasında sülh danışıqlarınadəstək verir - lakin özü vasitəçilik iddiasından imtina edir.

Fransa diplomatiyası sərt və ittihamedici ritorikanı kənaraqoyub, diqqəti “yumşaq güc” alətlərinə yönəldib: insan hüquqları,fransız dili və mədəniyyətinin təşviqi, Frakofoniya layihələri.Amma bu dəyişiklik Bakıda səmimi niyyət kimi qəbul edilmir.Azərbaycan bunu Fransanın dəyişən reallığa uyğunlaşmaq üçün atdığıməcburi addım kimi görür və yumşalmaya qarşılıq olaraq heç birgüzəşt etmir.

Bunun əvəzində Bakı yeni bir çərçivə təklif edir: Fransa buregionda qalmaq istəyirsə, yalnız bərabər şərtlərlə, daxili işlərəmüdaxilə etmədən və siyasi spekulyasiyalar aparmadan. 2025-ci ildəfransız vətəndaşının azadlığa buraxılması da məhz bu kontekstdə başverdi - bu barış jesti deyildi, yoxlama addımı idi. Parisinreaksiyası yoxlanılırdı: konstruktiv yanaşma olacaqmı, yoxsa yenəeyni ritorika davam edəcək?

Eyni zamanda, Azərbaycan geosiyasi səhnədə öz tərəfdaşlıqkoordinatlarını dəyişir. Parislə münasibətlərin kəskinləşməsifonunda Bakı Almaniya, İtaliya, Şərqi Avropa ölkələri və İslamƏməkdaşlıq Təşkilatının (İƏT) üzvləri ilə əməkdaşlığıgenişləndirir. Bu, Fransanı diplomatik və iqtisadi mənadaəhəmiyyətsiz oyunçuya çevirmək strategiyasının bir hissəsidir.

BMT, Qoşulmama Hərəkatı və Afrika Birliyi kimi beynəlxalqplatformalarda Bakı Fransanın neokolonial keçmişini və müasir ikilistandartlarını qabardır. Bu diskurs Qlobal Cənubda Fransanınimicinə ciddi zərbə vurur. Beləliklə, Paris diplomatik cəbhədəbir-birinin ardınca itkilər verir və Cənubi Qafqaz onun son “nüfuzcəbhəsi” olaraq qalır. Amma burada da Fransa Ermənistan kartınıoynamasına baxmayaraq, real gücə çevrilə bilmir. Çünki Azərbaycannə onun “tanınmasına”, nə də “himayəsinə”, heç bir halda isəvasitəçiliyinə ehtiyac duymur.

Fransanın ritorikasındakı dəyişiklik - sülh əlaməti deyil, oyunqaydalarının dəyişdiyini qəbul etməyin bir formasıdır. Paris artıqdiktə edən yox, prosesdən kənarda qalmamaq üçün özünü diplomatiksahədə qorumağa çalışan oyunçudur.

... Azərbaycan - Fransa münasibətləri artıq ritorikasəviyyəsindən çıxaraq, institutlar və beynəlxalq platformalarsəviyyəsində sistemli qarşıdurma mərhələsinə keçib. Amma buqarşıdurma emosional bəyanatlarla deyil, ardıcıl, praqmatikaddımlarla aparılır. Bakı hədəfə birbaşa toqquşma ilə deyil,diplomatik, iqtisadi və infrastruktur alətləri ilə çatır. Məqsəd -Fransanı regionda destruktiv müdaxilələrdən sıxışdırıbçıxarmaqdır.

Azərbaycan üçün Fransanın haradasa "qarabağlı ermənlərinhüquqlarını tanıması" artıq heç bir anlam daşımır. 2020-ci ildəərazi bütövlüyü bərpa olunduqdan, 2023-cü ildə isə tamreinteqrasiya başa çatdıqdan sonra bu məsələ ümumiyyətləaktuallığını itirib. Artıq 2024-cü ilin 1 yanvarından etibarənXankəndi, Xocalı, Xocavənd, Şuşa və digər ərazilər Azərbaycanıninzibati sistemində tam hüquqlu rayonlardır.

Regionda Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti,təhsil, səhiyyə və digər əsas dövlət qurumları fəaliyyət göstərir.Ermənistanla sərhəddə nəzarət tam bərpa olunub. Laçın yolu da daxilolmaqla bütün magistrallar Azərbaycan suverenliyi altındadır.

Fransanın “tanınma” bəyanatları - sadəcə təsirsiz mediapolitikmanipulyasiyalardır. Parisin Senatı və Milli Assambleyası 2020 -2024-cü illərdə dörd belə qətnamə qəbul edib. Ancaq bu sənədlərinhüquqi qüvvəsi yoxdur, qanun deyil, sadəcə deputatların fikrini əksetdirir. Fransa Xarici İşlər Nazirliyi bu qətnamələrin bir çoxifadəsindən rəsmi şəkildə imtina edib və Azərbaycanın ərazibütövlüyünü dəstəklədiyini bildirib. Və ən nəhayət, BMT, ATƏT,Avropa Şurası kimi beynəlxalq instansiyalar bu qətnamələri heçmüzakirəyə belə çıxarmayıb.

Qətnamələr hüquqi yox, informasiya müstəvisində zərərli alətəçevrilir. Onların yaratdığı fon beynəlxalq mediada Bakının hər biraddımını “aqressiya” və “təhlükə” kimi qələmə verir - halbukiAzərbaycan beynəlxalq hüquq çərçivəsində hərəkət edir.

Fransanın Azərbaycanın qarşısını almağa çalışdığı əsas istiqamət- enerji sahəsidir. 2022-ci il 18 iyulda Azərbaycan və AvropaKomissiyası arasında strateji enerji tərəfdaşlığı haqqındamemorandum imzalanıb. Bu sənəd qaz tədarükünün 2021-ci ildəki 8.1milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədərartırılmasını nəzərdə tutur.

Fransa isə Aİ-nin “yaşıl kurs”unu əsas gətirərək, beləmüqavilələrə qarşı çıxır. Paris uzunmüddətli qaz müqavilələrindənimtinanı, nüvə enerjisinə və dekarbonizasiya prosesinə keçidimüdafiə edir. 2023-cü ildə Fransada elektrik enerjisinin 70faizindən çoxu AES-lərdən əldə olunub.

Fransız avroparlamentarilər - xüsusilə Mişel Rivazi və RafelQluksmann - Azərbaycana qarşı kampaniyalarda fəal iştirak edir,“insan haqları pozuntuları” bəhanəsi ilə energetik əməkdaşlığa maneolmağa çalışırlar.

2023-cü il Fransa parlament hesabatında Aİ-nin “avtoritarrejimlərdən enerji asılılığı” məsələsi yenidən gündəmə gətirilib,Azərbaycan isə bu siyahıya Rusiya ilə birlikdə daxil edilib. Bu isəBakının haqlı narahatlığına səbəb olub.

Əsl hədəf - Brüsseldə elə bir siyasi ab-hava yaratmaqdır ki,Azərbaycanla istənilən razılaşma orada “zəhərli sənəd” kimi qəbulolunsun. Bu artıq konkret layihələrin icrasına da təsir göstərir -TANAP - TAP modernləşməsi, Bolqarıstan və Rumıniya iləinterkonnektorlar və digər layihələr yubanır.

Azərbaycanın məqsədi Fransanın fikrini dəyişmək deyil - bu, nəməqsədəuyğun, nə də realdır. Bakı artıq başqa yol seçib:

1. Fransanı Aİ-nin enerji və nəqliyyat formatlarındansıxışdırmaq;
2. Ələt limanı, Bakı - Tbilisi - Qars, Transxəzər dəhlizi,Qazaxıstan - Çin koridoru kimi infrastruktur layihələrini fransıztəsirindən kənarda inkişaf etdirmək;
3. Almaniya, İtaliya, Polşa, Koreya, İndoneziya, Macarıstan vəSəudiyyə Ərəbistanı ilə yüksək səviyyəli danışıqları dərinləşdirmək(2024 - 2025-ci illərdə 60-dan çox ikitərəfli görüş);
4. BMT, Qoşulmama Hərəkatı və Afrika Birliyində Fransa əleyhinəneokolonial məsuliyyət gündəmini gücləndirmək.

Bu strategiyanın nəticələri artıq görünür: 2024-cü ildə KayaKallasın Bakıya səfəri və “strateji dialoqun bərpası” ilə bağlıbəyanat, Avropa Komissiyasının genişlənmə və qonşuluq üzrəkomissarı Oliver Varhelyinin 2025-ci ilin martında Azərbaycana“Avropanın enerji memarlığının əsas tərəfdaşı” deməsi, Aİ -Azərbaycan Birgə Şurasının fəaliyyətinin bərpası və nəhayət,2025-ci ilin yanvarında Azərbaycanın Aİ nəqliyyat və logistikaŞurasının iclasında müşahidəçi qismində ilk dəfə iştirakı.

Azərbaycan artıq reaksiya verən deyil - oyunu quran tərəfdir.Məqsəd Fransanı nəyəsə “inandırmaq” yox, elə çoxşaxəli sistemqurmaqdır ki, Paris orada nə söz sahibi, nə də tərəfdaş olabilməsin. Görünən odur ki, bu məqsəd gerçəkləşməkdədir. Və Avropasiyasətində dəyişən ton, Almaniya ilə dərinləşən tərəfdaşlıq vəKaspiy - Avrasiya xəttinin çəkisi bu prosesin artıq dönüşü olmayanyola girdiyini göstərir.

Bakı ilə Paris arasında son dövrlərdə müşahidə olunan nisbisabitlik, klassik diplomatik anlamda “yaxınlaşma” kimi təqdimolunsa da, bu yanaşma mahiyyətcə yanlış olar. Həm struktur, həm dəsituativ səbəblər bu qənaəti təsdiqləyir - və bu səbəblərin hərbiri konkret faktlar, rəqəmlər və siyasi addımlarlaəsaslandırılır.

Fransanın Cənubi Qafqaz siyasəti üç paralel xətt üzrəformalaşır:

Birincisi - tarixi erməni diasporası amili.Fransada 500 - 600 min nəfərə yaxın erməni əsilli vətəndaş yaşayır.Bu diaspor siyasi, hüquqi və informasiya sferalarında olduqcaaktivdir. Son on ildə Azərbaycan əleyhinə onlarla yerli vəparlament qətnaməsinin təşəbbüskarı məhz bu qrup olub.

İkincisi - siyasi lobbiçiliyin təsiri. 2020-ciilin noyabrında Fransa Senatı Qarabağda qondarma “respublikanın”tanınması ilə bağlı 145 saylı qətnaməni qəbul etdi. 2022 və 2023-cüillərdə də ardıcıl şəkildə Azərbaycana qarşı ittihamlar və sanksiyaçağırışları ilə bağlı sənədlər qəbul olundu. Hüquqi qüvvəsi olmayanbu sənədlər, Fransa Xarici İşlər Nazirliyini daxili siyasi basqılarqarşısında manevr etməyə məcbur edir.

Üçüncüsü - Makron ritorikası. 2023-cü ildəMakron Yelisey sarayında keçirdiyi konfransda açıq şəkildə“sərhədlərin güclə dəyişdirilməsinin qəbuledilməzliyi”ndən danışdıvə Azərbaycanı “hərbi təcavüz”də günahlandırdı. Bu bəyanatlar nəBMT-nin, nə də Aİ-nin tanıdığı ərazi bütövlüyü prinsipini, nə də2020-ci ilin reallıqlarını nəzərə alırdı.

Azərbaycan isə Fransa ilə bağlı qiymətləndirmələrində həmprinsipial, həm də praqmatikdir. Son dörd ildə Bakı aydın şəkildəgördü ki, Paris 2020-dən sonrakı reallıqları inkar edir vəErmənistanın açıq tərəfdaşı kimi çıxış edir, Fransa Aİ - Azərbaycanenerji əməkdaşlığını pozmaq üçün Almaniya - Fransa birgə parlamentkomitəsində təzyiqlər göstərir, xüsusilə 2022-ci il 18 iyulsazişini (20 milyard kubmetrə qədər qaz tədarükünü nəzərdə tutan)bloklamağa çalışır və Paris Avropa Şurasında ikili standartlaraəsaslanan gündəmi dəstəkləyir; 2024-cü ilin yanvarında qəbul olunanvə Azərbaycanda insan haqlarını tənqid edən PASE qətnaməsi bunasübutdur - halbuki Fransa daxilində polis zorakılığı vəpostkolonial böhranlar haqqında susulur.

Bütün bu faktlar fonunda istənilən “deeskalasiya” yalnız texnikipauzadır. Real perspektiv isə idarə olunan rəqabəttəmaslı, amma səssiz əməkdaşlıq ola bilər.Fransa Qarabağ mövzusunda ritorikanı dayandırır, Bakı isə Fransanınregional siyasətinə dair rəsmi şərhləri minimuma endirir.İqtisadiyyat, logistika, iqlim və elmi-mədəni mübadilə kimiaz-siyasi sferalarda texniki əməkdaşlıq mümkün görünür. BakıFransanın artıq özünü vasitəçi kimi gözdən saldığını açıq şəkildəbildirir. Aİ daxilində də artıq fərdi paytaxtlardan çox Brüsselplatformasına üstünlük verilir.

Bu fonu dəyişdirən əsas amil isə Azərbaycanın diplomatikvektorlarını yenidən qurmasıdır. Bakı öz resurslarını daha etibarlıvə realist partnyorlar yönündə səfərbər edir. Belə ki, BakıAlmaniya ilə siyasi dialoq mentorluqdan uzaq,qarşılıqlı hörmət əsasında qurulub. 2024-cü ildə iki ölkə arasındaticarət dövriyyəsi 1,3 milyard avronu keçib. Almaniyanın CənubiQafqazda sərmayələrinin 67 faizi Azərbaycana yönəlib.

İslam dünyası ilə inteqrasiya dərinləşir:Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər İƏT üzvləri iləhumanitar və infrastruktur əməkdaşlığı artır.

Mərkəzi Asiya ilə əməkdaşlıq: Xüsusilə 2024-cüilin Səmərqənd sammitindən sonra rəqəmsal bağlantılar, nəqliyyatdəhlizləri və enerji kooperasiyaları genişlənir. 2024-cü ildəTənzimlənmiş Transxəzər marşrutu ilə 6 milyon tondan çox yükdaşınıb, illik artım 13 - 15 faiz arasındadır.

Çin və ASEAN: Bakı “Bir kəmər - bir yol”təşəbbüsündə Pekin üçün strateji aktora çevrilir. 2023 - 2024-cüillərdə Çin Azərbaycanın logistika sahəsinə - o cümlədən Alyatlimanı və Transxəzər dəhlizi üzrə infrastruktur - 410 milyondollardan çox sərmayə yatırıb.

Fransa bu tabloda mövqeyini qorumaq istəyirsə, metodologiyasınıdəyişməlidir. Bunun üçün Ermənistan mərkəzli narrativdən imtina,Avropa İttifaqı çərçivəsində işləməyə hazır olmaq, paraleloyunlardan əl çəkmək, diplomatik balansı bərpa etmək və simvolikyox, praktik təşəbbüslərə dəstək vermək şərtdir.

Əks halda, Paris regionda tamamilə oyundankənar vəziyyətədüşəcək. Çünki Bakı artıq buxovlardan azaddır - Berlinlə Pekinarasında yeni coğrafiyada oynayır. Fransa isə hələ də öz inşaetdiyi siyasi nişin içində ilişib qalıb.

Adekvat tərəfdaşlıq nə jestdir, nə də güzəştdir. Bu, hesablanmışvə ayıq diplomatik seçimdir. Azərbaycan üçün bu, riskləri minimumaendirməyin və enerjini daha məhsuldar istiqamətlərə yönəltməyinyoludur. Fransa üçünsə regionda xəritədə qalmaq üçün son şansdır.Amma sual açıq qalır: Paris bu siqnalı eşidəcəkmi, yoxsa yenə özünüdanışan, amma dinləməyən tərəf kimi göstərəcək?

Seçilən
0
50
az.trend.az

10Mənbələr