AZ

Ana və 3 qızının faciəli sonu - Hamısının taleyi eyni oldu - FOTO

Türkiyənin Şırnak rayonunda mayın 24-də baş verən qəza ağır itkilərlə nəticələnib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, avtomobilin xəndəyə aşması nəticəsində 54 yaşlı ana Azime Aytaş və iki qızı Nesrin ilə Sibel həyatını itirib. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Ceylan Aytaş isə müalicə aldığı Diyarbəkir xəstəxanasında dünyasını dəyişib.

Ceylanın cənazəsi də anası və bacılarının yanında Silopiyə aparılıb və orada dəfn edilib.

Qəzanın baş verdiyi yerdə dərhal xilasetmə və təcili yardım briqadaları fəaliyyət göstərib, lakin faciənin qarşısını almaq mümkün olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
0
1
milli.az

10Mənbələr