Şırnakda baş verən ağır yol qəzasında ana Azime Aytaş (54) ilə qızları Nesrin (26) və Sibel həlak oldu. Hadisədə yaralanan Ceylan Aytaş (27) isə aldığı xəsarətlərdən ötən gecə dünyasını dəyişdi.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, qəza 24 may tarixində Cizre-Şırnak avtomobil yolunda M.A.-nın idarə etdiyi 06 EB 4237 saylı minik avtomobilinin nəzarəti itirərək aşması nəticəsində baş verib. Hadisə yerinə təcili yardım, xilasetmə və polis qrupları cəlb olunub.
Yaralılar Şırnak Dövlət Xəstəxanasına çatdırılıb, Ceylan Aytaş isə kritik vəziyyətdə Diyarbakıra göndərilib. Onun vəfatından sonra ailənin üç üzvü də qəza qurbanı olub.
Ceylan Aytaşın cənazəsi tibbi ekspertizadan sonra Silopidə anası və bacılarının yanında dəfn edilib.(son.xeber)