Bakı. Trend:
Xəbər verildiyi kimi, AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinəcinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğumaliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdətəqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəcinayət işi üzrə məhkəmə prosesi mayın 27-də davam etdirilib.
Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər ZeynalAğayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarəttərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim GünelSəmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilindətərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təminolunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilkdəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdətutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.